Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

Hazırda oxunan: Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

605602

“Son günlər baş verən yanğıntı və daşqınlar zəlzələyə səbəb ola bilməz. Leysan yağışları heç cür yerin daxilində gedən proseslərə təsir göstərə bilməz. Əlaqəsi yoxdur, çünki bunlar yer üstündə səthi proseslərdir. Deyirlər ki, Xəzərdə bu gün iki dəfə zəlzələ oldu. Onsuz da Xəzərdə baş verən zəlzələ adətən 65-75 kilometr dərinlikdə yaranır”.

Bizim.Media “pravda.az”a istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, yağış suları sel kimi axır, yuyur, fəsadlar əmələ gətirir:

“Hamısını gördük, kanalizasiya sistemlərinin işləməməsi, kollektorların dağılması körpüaltı necə fəsadlar törədir. Bu cür leysan yağışlar yalnız sürüşmə zonalarına təsir edə bilər. Dünən gedib baxdım. Badamdarda, Bayıl tərəfdə sürüşmələr var.

Təbiidir, çünki yağış suları sürüşmə müstəvisində torpaq laylarının altına yığılır, torpağı yumağa başlayır, nəticədə sürüşmə baş verir. Yenə də deyirəm, yağışların zəlzələ ilə heç bir əlaqəsi ola bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO