DİN ad günü edən məktəb direktorunu cəzalandırdı - VİDEO

DİN ad günü edən məktəb direktorunu cəzalandırdı - VİDEO

Hazırda oxunan: DİN ad günü edən məktəb direktorunu cəzalandırdı - VİDEO

6055

Bakıda özünə ad günü keçirən məktəb direktoru Nailə Məmmədova cərimələnib.

Bizim.Media-ya Daxili İişlər Nazirliyindən daxil olan məlumata görə, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra qurumun əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.

Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.
 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO