Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs HƏBS EDİLDİ

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs HƏBS EDİLDİ

605116

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI


Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, Belarus vətəndaşı, ADA-da tələbə olan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb.


Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Keçirilən əməliyyat nəticəsində dörd nəfər - 2009-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO