Alimlərdən Alzheimerlə mübarizə üçün qeyri-adi ÜSUL

Alimlərdən Alzheimerlə mübarizə üçün qeyri-adi ÜSUL

Hazırda oxunan: Alimlərdən Alzheimerlə mübarizə üçün qeyri-adi ÜSUL

605096

Çinli tədqiqatçılar dərmanların orqanizmə çatdırılması üçün qeyri-adi üsul təklif ediblər. Donuz spermasından alınan ekzosomlar əsasında hazırlanmış nanozərrəciklər göz damcısına çevrilib.

Bu texnologiya əvvəlcə uşaqlarda rast gəlinən nadir göz şişi — retinoblastomanın müalicəsi üçün hazırlanıb, lakin mütəxəssislər onun gələcəkdə Alzheimer kimi xəstəliklərdə də istifadə oluna biləcəyini bildirirlər.

Bizim.Media xəbər verir ki, işə Çinin Şenyanq Əczaçılıq Universitetinin professoru Çjan Yu rəhbərlik edib.

Alimlər donuz spermasından əldə olunan ekzosomlardan dərman daşıyıcısı kimi istifadə ediblər.

Bu təbii nanozərrəciklər torlu qişanın dərin qatlarına nüfuz edə bilir və bioloji baryerləri daha asan keçə bildiyi üçün diqqət çəkir.

Mütəxəssislərin fikrincə, bu yanaşmanın əsas perspektivi onun yalnız göz xəstəlikləri ilə məhdudlaşmamasındadır.

Adelaida Universitetindən dərman çatdırılması üzrə araşdırmaçı Çjao Çunsya bildirib ki, bu texnologiya qan-beyin baryeri kimi keçilməsi çətin olan digər baryerlərdən də dərmanların ötürülməsinə kömək edə bilər ki, bu da Alzheimer kimi xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.

Hazırda söhbət erkən mərhələli araşdırmadan gedir.

Yəni texnologiyanın Alzheimerin müalicəsində real tətbiqi hələ təsdiqlənməyib və bunun üçün klinik sınaqlar lazımdır.

Bununla belə, təbii mənşəli ekzosomların dərman “nəqliyyat vasitəsi” kimi istifadəsi müasir biotibbin ən perspektivli istiqamətlərindən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO