Taksilərdə xidmət haqqı yenidən bahalaşa bilər

Taksilərdə xidmət haqqı yenidən bahalaşa bilər

Hazırda oxunan: Taksilərdə xidmət haqqı yenidən bahalaşa bilər

605079

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı qaydalarda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, yeni qərara əsasən, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilləri üçün sığorta haqqının hesablanmasında əlavə əmsal tətbiq olunacaq.

Belə ki, taksi kimi istifadə edilən nəqliyyat vasitələri üçün birillik icbari sığorta haqqı hesablanarkən 1.5 əmsalı nəzərə alınacaq. Bu dəyişiklik sığorta ödənişlərinin məbləğinə birbaşa təsir göstərəcək.
 

Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dos. Aqil Eyvazov açıqlamasında bildirib ki, taksi avtomobilləri üçün icbari sığortada 1.5 əmsalının tətbiqi bu sahədə xərc yükünü artırır:


"Lakin bu addımın taksi qiymətlərində dərhal və kəskin artım yaradacağını düşünmürəm. Çünki sığorta xərci taksi xidmətinin ümumi xərcləri içində yalnız bir komponentdir; yanacaq, amortizasiya, komissiyalar, sürücü gəliri və s. amillər də qiymətə təsir edir.

Buna görə ən real ssenari odur ki, bu dəyişiklik bazarda ümumi qiymətlərə təkbaşına güclü təsir etməsin, lakin xərcləri onsuz da yüksək olan taksi sürücüləri üçün əlavə yük yaratsın".

İqtisadçının sözlərinə görə, əgər bazarda digər xərclər də paralel artarsa, o zaman bu qərar qiymət artımını sürətləndirən amillərdən birinə çevrilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO