Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

604732

Ölkə ərazisində ötən həftə müşahidə olunan qeyri-sabit hava şəraiti, normadan artıq yağıntılar digər sahələrə olduğu kimi kənd təsərrüfatına da təsir edib.

Bizim.Media xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Bildirilib ki, güclü yağış, çay daşqınları və sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb, təsərrüfatlara ziyan dəyib:
 

"Bununla əlaqədar sığortalı fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb.


Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Keymərəz, Niyazoba, Qaraqurdlu, Çığatay, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatıb.

Şabran rayonunda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının, eləcə də bəzi kanalların daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini və gilas bağını su basıb.

Qusar rayonunda Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə eyniadlı kənddə sığortalanmış buğda sahəsini su basıb. Güclü yağışlar nəticəsində Quba rayonunda Quruçay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb.
 

Dağlıq Şirvan regionundan Fonda daxil olan əsas müraciətlər Ağsu rayonunun payına düşüb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb. Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib.


Eyni zamanda, Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Hacıqabul rayonu Qızılburun kəndi, Pirsaat çayının daşması nəticəsində arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.

Ümumilikdə son günlər güclü yağış səbəbindən 2 100 hektara yaxın əkin sahəsinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO