Bakı metrosuna YENİ qatarlar alınacaq

Bakı metrosuna YENİ qatarlar alınacaq

Hazırda oxunan: Bakı metrosuna YENİ qatarlar alınacaq

604668

"Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Bakı Metropoliteni" QSC yayıb.

Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:

"Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO