Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Hazırda oxunan: Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

604667

2025-ci ilin aprel ayında qəzalı vəziyyətə düşərək çökmüş Xaçmaz rayonunun Xaspoladoba kəndindəki körpü yenilənir.

Artıq bir aydır ki, ərazidə yeni körpünün inşasına başlanılıb.Yeni körpü 3 aşırımlı, hər aşırımın uzunluğu 21 metr olmaqla ümumilikdə 63 metr uzunluğunda və 12 metr enliyində olacaq.

Yeni körpünün sifarişçisi və podratçısı Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyidir.

Körpünün tikinti-inşaat işlərini isə Körpü Bina Tikinti MMC aparır.

Körpünün tikildiyi ərazidə olarkən yenisi istifadəyə verilənədək müvəqqəti alternativ yol çəkildiyini də müşahidə etdik.

Artıq köhnə körpü sökülməmişdən öncə alternativ yolun çəkilməsi işləri görülüb.

Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO