Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Hazırda oxunan: Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

604652

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, Şöhrət Süleymanlı Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
 

O, 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına qədər MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.


Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Bununla yanaşı, o, 2023-cü ilin noyabr ayından Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Ümumi iqtisadiyyat – iqtisadi modelləşdirmə ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO