Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Hazırda oxunan: Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

604296

Axşam radələrində Zaqatala şəhəri ərazisində iki avtomobilin toqquşması ilə qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Vaz-2107” və “Vaz-2109” minik avtomobillərinin toqquşması nəticəsində  rayonun Yuxarı Tala kənd sakini, 1990-cı il təvəllüdlü Əziz Kərimov və Muxax kənd sakini, 1968-ci il təvəllüdlü Ramazan Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma başlanılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO