Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Hazırda oxunan: Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

603823

Terapevt Aleksandr Kozlov bildirib ki, ödem (bədəndə maye yığılması) yalnız duzlu qidalar və alkoqolla bağlı deyil, bir sıra gündəlik qidalar da bu problemi yarada bilər.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bəzən “sağlam” hesab edilən məhsullar belə şişkinliyə səbəb ola bilir.

Mütəxəssis xüsusilə süd məhsullarını, o cümlədən kəsmiyi ödemin az bilinən səbəblərindən biri kimi göstərib.

Onun izahına görə, süd zülalı insulinin artmasına təsir edə bilər və bu proses nəticəsində bədəndə natriumun xaric olunması azalır, bu da maye yığılmasına gətirib çıxarır.

Kozlov qeyd edib ki, şəkər, şərbətlər, bəzi “sağlam” batonlar və hətta dənli məhsullar da xüsusilə axşam saatlarında qəbul edildikdə oxşar təsir göstərə bilər.

Bu qidalar böyrəklərin işinə əlavə yük yarada və gecə ərzində ödem riskini artıra bilər.

Həkim həmçinin mağaza çörəklərinin, o cümlədən tam taxıllı məhsulların tərkibində gizli duz ola biləcəyinə diqqət çəkib.

Bu da gündəlik natrium qəbulunu artıraraq şişkinliyə səbəb ola bilər.

Bundan əlavə, pomidor və badımcan kimi bəzi tərəvəzlərin də həssas insanlarda yüngül iltihabi reaksiyaya və nəticədə toxumalarda maye yığılmasına yol aça biləcəyi bildirilir.

Mütəxəssislər ödem problemi yaşayanlara qidalanmada fərdi yanaşma və diqqətli seçim tövsiyə edir. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO