Şuşanın qaz təchizatının xəritəsi hazırlandı

Şuşanın qaz təchizatının xəritəsi hazırlandı

Hazırda oxunan: Şuşanın qaz təchizatının xəritəsi hazırlandı

60338

"Azəriqaz" İstehsalat Birliyi Şuşa şəhərinin qaz təchizatı şəbəkələrinin elektron xəritəsini hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2021-ci ildə görülmüş işlərə dair hesabatında deyilir.

"Şəhərin qaz təchizatı şəbəkələrinin elektron xəritələri hazırlanıb, inventarizasiya aparılıb.

Hazırlanmış xəritələr və texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Şəhərsalma üzrə Dövlət Komitəsinə təqdim edilib”, - deyə hesabatda deyilir.

Bundan başqa, Hadrutda, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində analoji işlər həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO