Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Hazırda oxunan: Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

603344

Gəncədə 24 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Məqbərəsi ərazisində qeydə alınıb.  

2002-ci il təvəllüdlü qadın məqbərənin körpüsündən yıxılıb. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə 25.03.2026-cı il tarixində saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: 
 

"Baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir" deyə məlumatda deyilir.


Qadının hansı şəraitdə körpüdən yıxılması hələlik məlum deyil.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO