Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

Hazırda oxunan: Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

603318

Böyrək xəstələrinin sayı ildən-ilə artır. Hətta onların arasında yeni doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlar da var. 2011-ci ildən bu günə qədər 56 uşağa böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bunlardan ən kiçiyinin 4 yaşı var.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-nefroloq Hikmət İsmayılovun sözlərinə görə, son illərdə xroniki böyrək xəstəliklərinin geniş yayılması mütəxəssisləri ciddi narahat edir.
 

Böyrək xəstəliklərinin yaranmasında əsas səbəblərdən biri şəkərli diabetdir. Bundan başqa, böyrəyin funksiyasının zəifləməsinə səbəb olan digər xəstəliklər də mövcuddur. Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər.


Hikmət İsmayılov bildirib ki, xroniki böyrək xəstəliyinin səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzi hallarda xəstədə heç bir şikayət müşahidə olunmaya bilər.

Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də yarana bilər.

Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma və əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO