Çaydan və ya digər mənbələrdən gələn suyun təmizliyini üç testin köməyi ilə qiymətləndirmək olar: marqans (permanqanat), sabun və çay vasitəsilə.
Bizim.Media xəbər verir ki, bu barədə Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Quru hidrologiyası kafedrasının əməkdaşı, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun aparıcı elmi işçisi Mariya Qreçuşnikova Gazeta.ru-ya məlumat verib.
"Marqans testi. Az miqdarda marqansı yoxlanılan maye ilə dolu stəkanda həll edib reaksiyanı qiymətləndirirlər. Əgər su təhlükəsizdirsə, o, açıq-çəhrayı rəng alacaq; sarımtıl çaların yaranması isə pis əlamətdir, belə suyun istifadəsi tövsiyə edilmir", — deyə mütəxəssis izah edib.
Çay dəmləmək isə digər bir üsuldur. Qreçuşnikovanın sözlərinə görə, təzə dəmlənmiş çay olan stəkana 40–50 ml yoxlanılan çiy su əlavə edilir. Əgər stəkanın möhtəviyyatı daha açıq rəng alarsa, suyun keyfiyyəti məqbuldur.
"Əgər çay bulanarsa — belə suyu içmək olmaz: onun tərkibində duzların və ya digər zərərli maddələrin, o cümlədən üzvi birləşmələrin həddindən artıq çoxluğu ola bilər. Həmçinin sabun testindən də istifadə etmək mümkündür. Sabun yaxşı köpüklənirsə, deməli su yumşaqdır; əgər köpük demək olar ki yoxdursa, bu, suyun cod olduğunu və içmək üçün uyğun olmadığını göstərir", - deyə Qreçuşnikova bildirib.
Lakin yadda saxlamaq lazımdır ki, ev şəraitində aparılan yoxlamalar laboratoriya analizləri ilə rəqabət apara bilməz. Mayenin turşuluğu kimi bəzi parametrləri yalnız xüsusi avadanlıqların köməyi ilə yoxlamaq mümkündür. (Publika.az)
Bizim.Media

































































































