Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Hazırda oxunan: Bu qoxu yaddaşı 15% artırır

603271

Bibəriyə qoxusunun yaddaşı gücləndirdiyi və unutqanlığı aradan qaldırması aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu, İngiltərənin Northumbria Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.

Araşdırmaya görə, bibəriyə qoxulu otaqda olanlar yaddaş testlərində qoxusuz otaqdakılardan təxminən 15% daha yüksək nəticə əldə ediblər.
 

Alimlər bildirirlər ki, bitkidə tapılan 1,8-sineol adlı birləşmə birbaşa burun vasitəsilə qana daxil olur və beyində yaddaş mexanizmlərini işə salır. Bu bitki həm də zehni sürəti və diqqəti əhəmiyyətli dərəcədə artırır.


Belə ki, araşdırmalara görə, qoxu molekullarının beynə çatdığı anda diqqəti toplamaq qabiliyyəti maksimum həddə çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO