"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: "TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

603233

““TəhsilPlus” kartı müxtəlif funksiyaları özündə birləşdirən kartdır və eyni zamanda əməkhaqqı kartı, debet kartı və təhsil müəssisələrinə giriş vasitəsi kimi istifadə oluna bilər”.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova deyib.

Onun sözlərinə görə,  bu kart vasitəsilə təhsil işçiləri müxtəlif güzəşt və bonuslardan faydalana biləcəklər.

Məsələn, “Birbank” tətbiqi vasitəsilə “BakıKart” QR biletlərinə 10 faiz, kitab və dəftərxana məhsullarına və kinoteatrlara 5 faiz, Bravo mağazalarında QR ödənişlərə 3 faiz, yanacaq doldurma məntəqələri, kafe və restoranlar, həmçinin apteklərdə isə 2 faiz bonus təqdim olunur. İstifadəçilər hər ay bu kateqoriyalardan 5-ni seçmək imkanı əldə edirlər.
 

Bundan əlavə, istifadəçilər digər tərəfdaş şirkət olan “Mastercard” qlobal ödəniş texnologiyaları şirkətinin “Priceless Specials” proqramı vasitəsilə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində xüsusi endirimlərdən yararlana bilirlər. Eyni zamanda “Digital Pass” texnologiyası vasitəsilə istifadəçilərə yaxınlıqdakı tərəfdaş məkanlarda mövcud endirimlər barədə avtomatik bildirişlər göndəriləcək. 


Gələcək mərhələlərdə layihəyə yeni tərəfdaşların qoşulması və təqdim olunan xidmətlərin daha da genişləndirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO