Qazaxda yanğın - VİDEO

Qazaxda yanğın - VİDEO

Hazırda oxunan: Qazaxda yanğın - VİDEO

603196

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO