Tovuzda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Aşağı Quşçu kəndində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Tovuz rayonu Qovlar şəhər sakini, 1990-cı il təvəllüdlü R. Həsənov hadisə yerində dünyasını dəyişib. Röyal Həsənov taksi fəaliyyəti ilə məşğul olurmuş.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov,Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:17 / 24.03.2026
Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO
Hazırda oxunan: Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO
Hazırda oxunan: Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO
603178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































