Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Hazırda oxunan: Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

603156

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb.
 

Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.



Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO