Kürdəmirdə avtomobil qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Cəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı Hyundai və Nissan markalı avtomobillər toqquşub.
Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.








Bizim.Media, Aran bürosu

































































































