Niyə insanlar doğulduqları deyil, əks fəsilləri sevir? - Bürclər üzrə sevilən MÖVSÜMLƏR

Niyə insanlar doğulduqları deyil, əks fəsilləri sevir? - Bürclər üzrə sevilən MÖVSÜMLƏR

Hazırda oxunan: Niyə insanlar doğulduqları deyil, əks fəsilləri sevir? - Bürclər üzrə sevilən MÖVSÜMLƏR

60304

Hər kəsin ilin bir fəslini digərlərindən daha çox sevməsi sirr deyil. Maraqlı məqamsa ondan ibarətdir ki, fəsillərə olan sevgimiz bürclərimizlə sıx bağlıdır.

Bizim.Media bürclərin hansı fəsilləri daha çox sevdiyini təqdim edir:

Yaz

Oxatan. Yeni macəraları sevən oxatanlar yaz aylarını maksimum dəyərləndirməyi bacarırlar. Oxatanlar üçün yaz romantik ab-hava və yeni həyata qədəm qoymaq imkanı deməkdir.  

Əkizlər. Hava ünsürünü təmsil edən əkizlər üçün yaz fürsətlər və ətraf mühitə adaptasiya imkanı deməkdir. Tez-tez əhvalı dəyişən əkizlər yazın dəyişkən havasına da asanlıqla uyğunlaşa bilirlər.

Qız. Bu bürcün nümayəndələri kəskin havaya qarşı həssaslıqları ilə seçilirlər. Lakin yazın mülayim havası qızlara sevgi və uğur qazanmaq üçün böyük imkanlar yaradır.

Yay

Şir. Şirlərin yayı daha çox sevməsi qışa olan nifrətləri ilə bağlıdır. Soyuq hava, az məşğuliyyət, artıq çəki kimi qışda qarşılaşılan olaylar şirlər üçün qəbuledilməzdir.

Əqrəb. Əqrəblər üçün də soyuq hava kabus kimidir. Bu bürcün nümayəndələri yayda özlərini daha xoşbəxt və aktiv hiss edirlər.

Buğa. Bu bürcün nümayəndələri fəsillərə qarşı laqeydlikləri ilə fərqlənsələr də yaya qarşı onların xüsusi simpatiyası var. Bunun əsas səbəblərindən biri, onların fəallıqları ilə bağlıdır. Buğalar yay aylarında özlərinə asanlıqla məşğuliyyət tapa bilirlər.

Payız

Qoç. Aralıq fəsillər (yaz və payız) qoçların daha rahat olduğu dövrlərdir. Çünki onlar yayda isti, qışda isə soyuqdan gileylənirlər. Lakin payızı daha çox sevən qoçlar üçün bu fəsil yağışdan sonra çıxılan uzun yürüşlər və dostlarla romantik ab-hava deməkdir.

Tərəzi. Tərəzilər gecə və gündüzün bərabərliyini təmsil edirlər. Payız onların doğulduğu fəsil olduğu üçün həmin aylarda tərəzilər solmuş yarpaqlar üzərində gəzməkdən həzz alırlar. 

Balıqlar. Payız balıqlar üçün yeniliklər fəslidir. Həyatlarında daima yenilik arayışında olan balıqlar üçün payız yalnızca geyim seçmək baxımından yorucudur.

Qış

Xərçəng. Bu bürcün nümayəndələri üçün qış yaradıcılıq imkanı deməkdir. Belə ki, öz geniş təxəyyülləri ilə fərqlənən xərçənglər bu fəsildə yaradıcılıqlarının zivəsində olurlar. 

Dolça. Dolçaların qışa olan sevgisi tənbəlliklərindən irəli gəlir. Daha uzun gecələr dolçalar üçün daha çox istirahət imkanı yaradır.

Oğlaq. Qış oğlaqlar üçün yeni fürsətlər, imkanlar fəslidir. Bu fəsil oğlaqlara özlərini inkişaf etdirmək şansı yaradır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO