Yeni bir elmi araşdırma yuxu müddəti ilə insulin müqaviməti, diabet və digər metabolik xəstəliklər arasındakı əlaqəni ortaya çıxarıb.
Bizim.Media xəbər verir ki, " BMJ Open Diabetes Research & Care" jurnalında dərc olunan tədqiqatda təxminən 23 min insanın məlumatları təhlil edilib.
Tədqiqatda insulin müqaviməti ilə yuxu arasındakı əlaqə xüsusi olaraq araşdırılıb. Nəticələrə görə, Tip 2 diabet riskini azaltmaq üçün hər gecə təxminən 7 saat 19 dəqiqə yuxu ideal hesab olunur.
Bundan əlavə, həftə içi kifayət qədər yatmayan şəxslərin həftə sonu əlavə 1–2 saat daha çox yatmasının insulinə həssaslığı yaxşılaşdırdığı müəyyən edilib.
Bizim.Media































































































