Ramazan boyunca gündə iki dəfə qidalanmağa və uzunmüddətli aclıq dövrünə uyğunlaşan həzm sistemi bayram səhəri qəfil yüksək kalorili və qarışıq tərkibli qidalarla qarşılaşdıqda çətinlik yaşayır. “Bayram sevinci ilə həddindən artıq yemək” vərdişi 30 gün ərzində istirahət edən və həcmi kiçilən mədəni“şoka salır” .
Bizim.Media "Ensonhaber"ə istinadən xəbər verir ki, türkiyəli həkim Dr. Mehmet Portakal 30 günlük orucluqdan sonra keçid prosesini düzgün idarə etmək üçün bəzi vacib məqamları açıqlayıb:
1. Təbii mədə qoruyucusu-Zeytun yağı
Günə başlamazdan əvvəl qəbul edilən bir çay qaşığı keyfiyyətli, soyuq sıxım zeytun yağı mədənin daxili səthini qoruyaraq turşuluq balansını tənzimləməyə kömək edir.
2. Protein və karbohidrat tarazlığı
Süfrədə yalnız şirniyyat və un məmulatlarına üstünlük vermək əvəzinə, yumurta, az duzlu pendir kimi keyfiyyətli protein mənbələri ilə tam taxıllı karbohidratlar birlikdə qəbul edilməlidir. Bu, qan şəkərinin sürətlə artıb-azalmasının qarşısını alır və yeməkdən sonra yaranan ağırlıq hissini azaldır.
3. Bitki çaylarının faydası
Qara çayın həddindən artıq istifadəsi əvəzinə, mədəni sakitləşdirən razyana, nanə və ya yüngül çobanyastığı çaylarına üstünlük verilməlidir. Bu çaylar həzm fermentlərini dəstəkləyərək spazm riskini azaldır.
4. Maye qəbulu və çeynəmənin əhəmiyyəti
Mehmet Portakal qeyd edib ki, tez yemək mədəni birdən genişləndirərək ağrıya səbəb ola bilər. Qidaların yaxşı çeynənməsi həzmin ağızda başlamasını təmin edir və mədəyə düşən yükü təxminən 50 faiz azaldır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:10 / 20.03.2026
Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!
Hazırda oxunan: Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!
Hazırda oxunan: Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!
602582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































