Bakının Əjdərbəy məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə bayram namazı qılınıb.
Bizim.Media xəbər verir ki, yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.
Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınıb.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 20.03.2026
Bakıda bayram namazı qılındı – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda bayram namazı qılındı – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda bayram namazı qılındı – FOTO/VİDEO
602552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































