Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Hazırda oxunan: Nahardan sonra yuxu gəlirsə, bunları edin

602476

Nahardan sonra yaranan süstlük və yuxululuq hissinin qarşısını düzgün qidalanma və bəzi vərdişlər vasitəsilə almaq mümkündür.

Bizim.Media xəbər verir ki, rusiyalı terapevt Olga Chistikaçıqlamasında bu vəziyyətdən qurtulmağın üç əsas yolunu izah edib.

Həkimin sözlərinə görə, nahar zamanı zülalla zəngin qidalara üstünlük verilməlidir.

Balıq, quş əti, ət, paxlalılar və kəsmik kimi məhsullar daha uzun müddət toxluq hissi yaradır. Tərəvəz və meyvələrdə olan lif isə qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinin qarşısını alır.

Mütəxəssis nahar vaxtı şirniyyat və un məmulatlarından uzaq durmağı da tövsiyə edir. Çünki bu qidalar qanda insulin səviyyəsini sürətlə artırır və qısa müddət sonra enerjinin azalmasına səbəb olur.

Olqa Çistik qeyd edib ki, yeməyi tələsmədən və sakit şəkildə qəbul etmək də vacibdir. Bundan əlavə, qida qəbulundan sonra 10-15 dəqiqəlik qısa gəzinti etmək diqqəti artırmağa və yuxululuq hissini azaltmağa kömək edir. (milli.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO