İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

602454

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Novruz bayramı öncəsi azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib.

ANAMA-dan Bizim.Media-ya verilən xəbərə görə, agentliyə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

"Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq", - müraciətdə deyilir.

ANAMA vətəndaşlara aşağıdakıları tövsiyə edib:

Yalnız icazə verilmiş və təhlükəsiz elan edilmiş yollarla hərəkət edin;

Mina təhlükəsi işarələrinin göstəricilərinə diqqət edin;

Çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməyin;

Tanımadığınız əşyalara toxunmayın, təhlükəli ərazilərə yaxınlaşmayın;

Təhlükə anında aidiyyəti qurumlara məlumat vermək (805, 102 və ya 112) tövsiyə olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO