Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Hazırda oxunan: Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

602452

"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldadan iş adamı həbs edilib.

Bizim.Media xəbər verir ki, 41 yaşlı Elnur Səmədov külli miqdarda dələduzluqda təqsirli bilinir.
 

Bu iş üzrə bir neçə zərərçəkmiş var, E.Səmədovun aldatdığı şəxslərdən biri də Yusif Qədimbəylidir. Təqsirləndirilən şəxs Qədimbəyliyə Azərbaycanın müxtəlif rayonlarında yetişən mövsümi meyvələrin alınıb Rusiyada satılmasından əldə olunacaq gəlirin bölünməsinə dair yalan vəd verib.


Qədimbəyli isə təklifi cəlbedici sayaraq ona 489 min manat pul verib. Elnurun pulu alıb iş görə bilməməsindən sonra isə Y.Qədimbəyli ondan şikayətçi olub.

İstintaq vaxtı cinayət işi üzrə başqa zərərçəkmişlər də müəyyən edilib. O, Qədimbəylidən başqa yalan vədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 723 min manat pul alıb.
 

E.Səmədov uzun illər müxtəlif formada biznes fəaliyyəti ilə məşğul olub. Zərərçəkmiş şəxsləri də bir-birinin vasitəsilə tanıyıb. O, məhkəmədə özünü təqsirli bilsə də, bəzi epizodlarla razılaşmayıb.


Verilmiş ittiham məhkəmə araşdırması ilə təsdiqini tapıb. Hökmə əsasən, Elnur Səmədova 8 il 6 ay həbs cəzası verilib. Həmçinin Yusif Qədimbəyli və digər zərərçəkmişlərin dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddiaları təmin edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO