Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

602436

Tələbələrin kirayə xərclərinin birbaşa "TələbəPlus" kartı vasitəsilə ödənilməsi çətin görünsə də, bu sahədə daha sistemli həll kimi yataqxana layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Təhsil TV-nin efirində yayımlanan "Özəl müsahibə"nin qonağı olarkən məlumat verib.

O bildirib ki, kirayə bazarının fərdi xarakter daşıması səbəbindən hər bir ev sahibi ilə ayrıca müqavilə bağlanması mürəkkəb prosesdir, buna görə də məsələni daha geniş və davamlı həll etmək üçün tələbə yataqxanalarının tikilməsinə üstünlük verilir:
 

"Bu istiqamətdə artıq konkret addımlar atılır. Belə ki, bir neçə il əvvəl bp şirkəti ilə imzalanmış memorandum çərçivəsində yataqxanaların tikintisi və dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılır. Yaxın vaxtlarda layihənin yekunlaşacağı və konkret təkliflərin təqdim ediləcəyi gözlənilir".


Nicat Məmmədli vurğulayıb ki, təqdim olunacaq təkliflər əsasında özəl tərəfdaşların cəlb edilməsi planlaşdırılır.

Hazırda həyata keçirilən layihələrin bu sahədə ilkin baza formalaşdıracağı və gələcəkdə daha genişmiqyaslı təşəbbüslərə zəmin yaradacağı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO