"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Hazırda oxunan: "11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

602338

"Yuventus"un hücumçusu Kenan Yıldız vaxtilə "Bavariya"dan ayrılmaq qərarının pərdəarxası məqamlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, "Corriere dello Sport" nəşrinin yaydığı məlumata görə, Türkiyə millisinin üzvü Münhen klubundan gedişinin maliyyə məsələləri ilə bağlı olmadığını bildirib.

20 yaşlı forvard "Bavariya"da keçirdiyi 11 il ərzində rəhbərliyin ona kifayət qədər inanmadığını, hər zaman kiminsə ondan üstün tutulduğunu vurğulayıb:

"Mən heç vaxt pul üçün futbol oynamamışam, əsas hədəfim hər zaman inkişaf etmək olub. Maddi tərəfi işin nəticəsi kimi görmüşəm və bu məsələlərlə ailəm məşğul olur.
 

Valideynlərimə də hər zaman demişəm ki, "Yuventus"da çox xoşbəxtəm. Artıq dörd ildir buradayam və hər kəs mənə böyük inam bəsləyir. "Bavariya"da məhz bu inam çatışmırdı. Orada keçirdiyim on bir il ərzində bir dəfə də olsun həmin etimadı hiss etmədim.


Həmişə kiminsə məndən daha yaxşı olduğunu düşünürdülər. Ona görə də oradan ayrılmaq mənim üçün çox asan, hətta təbii bir addım oldu".

Xatırladaq ki, Kenan Yıldız 2022-ci ildə "Bavariya"dan Turin təmsilçisinə azad agent statusu ilə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO