Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Hazırda oxunan: Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

602127

Təmir-quraşdırma işləri çərçivəsində Ağstafa şəhəri, və Dağkəsəmən, Pirili, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Düzqışlaq, Mollacəfərli, Zəlimxan, A.Kəsəmən, Q.Kəsəmən, Soyuqbulaq, Soyuqbulaqlar, Köçvəlili, Sadıxlı, Muğanlı, Qarayazı, Böyükkəsik kəndləri Poylu, Ağgöl, H.Aslanov, Qaçaq Kərəm, Xətai, Yenigün, Saloğlu qəsəbələrində ümumilikdə 12 675 abonentin qaz təchizatı martın 18-i saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Ağstafa Avtomatik Qaz Paylama Stansiyasından qidalanan daşıyıcı qaz xəttində əmələ gəlmiş çatın yaranması, yeni quraşdırılmış qaz xəttinin şəbəkəyə qoşulması, müxtəlif diametrli qaz xətlərində əmələ gəlmiş korroziyaların əvəzlənməsi, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO