Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Hazırda oxunan: Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

601571

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.
 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.


Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO