Azərbaycanda dövlət agentliyi ləğv edildi – FOTO

Azərbaycanda dövlət agentliyi ləğv edildi – FOTO

Hazırda oxunan: Azərbaycanda dövlət agentliyi ləğv edildi – FOTO

601450

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib.
 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.


Qeyd edək ki, Fərman 6 mart 2026-cı ildə imzalanıb və qüvvəyə minib.

Xatırladaq ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi Ali Məclisin sədr müavini Anar İbrahimovun müvafiq Fərmanı ilə 29 avqust 2024-cü ildə yaradılıb. (Trend.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO