Naxçıvanda doğuşdan sonra ana öldü, həkim işdən çıxarıldı - ÖZƏL

Naxçıvanda doğuşdan sonra ana öldü, həkim işdən çıxarıldı - ÖZƏL

Hazırda oxunan: Naxçıvanda doğuşdan sonra ana öldü, həkim işdən çıxarıldı - ÖZƏL

601416

Naxçıvanda doğuşdan sonra ana ölümü baş verib.

Bu barədə Naxçıvan televiziyasının əməkdaşı Altunay İskəndərova Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Perinatal Mərkəzində baş verən doğuş zamanı Zərdab rayonundan olan Zarina adlı ana vəfat edib. Hadisə 3 gün əvvəl baş verib.

Altunay İskəndərova qeyd edib ki, ana ölümü ilə nəticələnən doğuşu Naxçıvan Perinatal Mərkəzinin müdiri Gülnarə Hümbətova aparıb. Hadisədən sonra Gülnarə Hümbətova vəzifəsindən azad olunub, onu Bəhriyyə İsmayılova əvəzləyib.

Faktı Naxçıvan prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO