Şəkinin iki kəndində yol kənarlarının çirkləndirilməsi faktı AŞKARLANDI - FOTO

Şəkinin iki kəndində yol kənarlarının çirkləndirilməsi faktı AŞKARLANDI - FOTO

Hazırda oxunan: Şəkinin iki kəndində yol kənarlarının çirkləndirilməsi faktı AŞKARLANDI - FOTO

601415

Şəkinin Aşağı Şabalıd və Zunud kəndlərində yol kənarlarının məişət tullantıları ilə çirkləndirənlərin kimliyi bilinməsə də yaranmış neqativ hallar aradan qaldırılıb.

Bizim.Media-nın yerli bürosuna kənd bələdiyyəsindən verilən məlumata əsasən bəzi sakinlərin məişət tullantılarını yol kənarına və dərə ərazilərinə atması antisanitar vəziyyət, xoşagəlməz hal yaradırdı.

Aparılan müşahidələr zamanı o da bəlli olub ki, məişət tullantıları əsasən axşam və səhər saatlarında atıldığından həmin insanların kimliyini müəyyən etmək mümkün olmayıb. Belə neqativ hallar isə əksər kənd sakinlərinin narazılığına səbəb olurdu.

Polis və aidiyyəti qurumların əməkdaşlarının birgə səyi nəticəsində qeyd olunan ərazilər tullantılardan təmizlənib və problem aradan qaldırılıb.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO