Lənkəranda qışda sitrus meyvələrinin yetişdirilməsinə BAŞLANDI – Bol sulu, şaxtaya davamlı… 

Lənkəranda qışda sitrus meyvələrinin yetişdirilməsinə BAŞLANDI – Bol sulu, şaxtaya davamlı… 

Hazırda oxunan: Lənkəranda qışda sitrus meyvələrinin yetişdirilməsinə BAŞLANDI – Bol sulu, şaxtaya davamlı… 

0:00
0:00
60136

Lənkəranlı sitrusçular qışda yetişən sortlar yetişdirir. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, sitrusçuları  bu  sortları becərməyə həvəsləndirən satış  bazarında üstünlüyü saxlamaq istəyidir.   

Çünki sitrus  meyvəsi  olan  naringinin  ənənəvi yetişmə  dövrü payız  ayları  olduğundan bazarlarda məhsul bolluğu yaranır və qiymətlər enir. Bu isə təsərrüfat sahiblərinin daha çox mənfəət əldə etməsini əngəlləyir. Bu səbəbdən də məhsuldarlıq baxımından  sərfəli, soyuğa, şaxtaya davamlı  sortların  əldə olunaraq çoxaldılması zərurətə çevrilir.   

Separadi kəndində 130 hektar sahədə yaradılan intensiv  bağçılıq təsərrüfatında  40 hektar sahədə Türkiyədən gətirilən “W murqut” - naringi sortu əkilib.

Təsərrüfatın aqronomunun bildirdiyinə  görə,  bu sort əkiləndən 3 il sonra meyvə verir. 5-ci ildən sonra məhsuldarlığı ilbəil artır: 

“Təsərrüfatdakı ağaclar  ikinci ildir ki, məhsul verir. Bu sort naringi meyvəsinin kütləsi və sululuğunun  daha çox olması ilə yanaşı , ağacda saxlama müddəti də artıqdır.  Ağaclar tam məhsuldar yaşa çatdıqda hər biri 70-80, hətta 100 kq-dək məhsul vermə qabiliyyətinə malikdir. Təsərrüfatda ağacları şaxtadan qoruyan xüsusi pərli qurğular quraşdırılıb ki, bunlardan hər biri 6 hektar sahədə olan bitkiləri  – 7 0 C-dək şaxtada  donvurmadan qoruya  bilir”.  

Təsərrüfatda çalışan türkiyəli mütəxəssis narİnginin “W-Murqut” sortunun Rusiya və Avropa bazarlarında tanındığını və gələn ildən təsərrüfatda yetişdirilən məhsulun Rusiya bazarlarına çıxarılacağı barədə də sövdələşmənin olduğunu bildirir. Hələlik məhsul yalnız ölkədaxili bazarlarda satılır.  

Daha bir sitrus meyvəsi olan “Hollabonq”un isə Vətəni Cənubi Koreyadır. Bu sitrus bitkisinə də Lənkəranda  maraq böyükdür.

Dadı, ətri fərqli olan “Hollabonq” bitkisi qışda polietilen örtüklər altında  yetişdirilir. Ağacın  8 -100 C, meyvəsinin isə 20 C şaxtaya davamiyyəti var. Hər bir meyvəsi 350-400qram, hətta 500-600 qramadək çəkidə ola bilir.

Ümumi orta məhsuldarlığı  hektara 30-35 ton olan “Hollabonq” un təsərrüfatçılar  üçün faydalılığı  çox olduğundan bir neçə il ərzində  meyvə bağlarının sahəsi 15 hektardan 78 hektara qədər artırılıb.   
Qeyd edək ki, hazırda Lənkəranda 1427 hektar sitrus və subtropik meyvə bağı var ki, bununda 85 faizi məhsuldardır. 

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO