Sumqayıtda baş verən partlayışın səbəbi məlum olub.
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birindəki mənzilin kombi sistemində nasazlıq yaranıb və ev sahibi bu məqsədlə usta çağırıb. Ustalar sistemi təmizləyərkən kombidə yüksək təzyiq yaranıb və partlayış baş verib.
Partlayış nəticəsində kombi ustaları - 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Bizim.Media































































































