Universitetdən intihar edən tələbə qızla bağlı AÇIQLAMA – “Normal, davamiyyətli...”

Universitetdən intihar edən tələbə qızla bağlı AÇIQLAMA – “Normal, davamiyyətli...”

Hazırda oxunan: Universitetdən intihar edən tələbə qızla bağlı AÇIQLAMA – “Normal, davamiyyətli...”

60113

Xəbər verildiyi kimi Bakıda tələbə qız intihar edib. 

Qeyd edək ki, özünü yaşadığı evin həyətində asan 20 yaşlı qız Xəzər rayonu, Şüvəlan qəsəbə sakini Xədicə Yaşar qızı Adıyevadır.  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mexantronika və robot mexanika mühəndisliyi fakültəsinin tələbəsi Xədicə Adıyevanın hansı səbəbdən intihar etməsi məlum deyil.  

Bu barədə Bizim.Media-ya danışan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov üçüncü kurs tələbəsi olan Xədicə Adıyevanın hansı səbəbdən intihar eməsi barədə məlumatsız olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tələbə qız özünü asdı - FOTO


“Bilirsiz ki, hazırda unversitetlərdə tədris yoxdur, tətildir. Biz də Xədicənin intihar etdiyini mətbuatdan eşitdik. Normal, davamiyyətli və dərslərində intizamlı tələbə olub. İmtahanlarda da vaxtı-vaxtında iştirak edib. Ailəsi ilə əlaqə saxlanılacaq və əlavə məlumat olarsa, ictimaiyyətə bildiriləcək”.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO