“WhatsApp" pullu oldu

“WhatsApp" pullu oldu

Hazırda oxunan: “WhatsApp" pullu oldu

601117

“WhatsApp Plus” abunə sistemi tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, yeni sistem pullu olacaq.

Bildirilir ki, yeni sistem tətbiqin standart versiyasından istifadə edənlər üçün dəyişiklik yaratmasa da, daha çox fərdiləşdirmə və funksionallıq axtaranlar üçün yenilik təqdim edəcək.
 

Məlumata görə, mesaj göndərmək, səsli və video zənglər, foto paylaşmaq kimi standart funksiyalar üçün heç bir ödəniş tələb olunmayacaq. Lakin bu təcrübəni növbəti səviyyəyə qaldırmaq istəyənlər üçün "plus" paketi pullu seçim kimi təklif olunacaq.


Hazırda pulsuz versiyada 3 olan söhbət sancma limiti 20-yə qədər artırılacaq. Pullu sistemə 14 yeni tətbiq loqosu və onlarla müxtəlif mövzu rəng seçimi əlavə olunacaq.

“Plus” abunəçilərinə məxsus bildiriş zəngləri və animasiyalı stiker paketləri təklif olunacaq. Mesajlara reaksiyalar üçün daha çox animasiya və seçim mövcud olacaq. (mətbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO