Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Hazırda oxunan: Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

601101

Qanunsuz olaraq süni intellektdən istifadə edərək foto və digər materilların hazırlanması və yayılmasına görə cəzalar müəyyənləşdirilir. 

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma, həmçinin, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 

Layihədə eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma qeyd olunub.

Həmçinin, qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya yayma, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkələrində yayma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq dəyişiklik edilərək Cinayət Məcəlləsinin 148- 2.1-ci maddəsi üzrə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO