Həkimdən vacib xəbərdarlıq: Günə bu qidalarla başlayın

Həkimdən vacib xəbərdarlıq: Günə bu qidalarla başlayın

Hazırda oxunan: Həkimdən vacib xəbərdarlıq: Günə bu qidalarla başlayın

601100

Kardioloq Aurelio Rojas səhər yeməyində mütləq istifadə olunmalı qidaları açıqlayıb.

Bizim.Media xəbər verir ki, onun sözlərini "ABC" nəşri yayıb.

O bildirib ki, ən faydalı səhər yeməyinin tərkibində yumurta olmalıdır. Çünki yumurtada çoxlu miqdarda zülal var. Bu isə uzun müddət toxluq hissi yaradır və iştahanı tənzimləməyə kömək edir.
 

Həkim səhərlər qoz-fındıq və avokado yeməyi də tövsiyə edib. Bu məhsullar orqanizmi faydalı yağlarla təmin edir və beynin fəaliyyətini yaxşılaşdırır. Onun sözlərinə görə, səhər yeməyində həmçinin qaragilə, kivi və moruq da olmalıdır. Bu meyvələr lif, antioksidantlar, minerallar, C, B və K vitaminləri ilə zəngindir.


Kefir bağırsaq mikroflorasına müsbət təsir göstərir, tam taxıllı çörək isə qanda şəkərin səviyyəsini sabit saxlayır və uzun müddət enerji verir.

Kofeyə gəlincə, mütəxəssis bildirib ki, qəhvə ürək-damar sistemi üçün qoruyucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Lakin maksimum fayda əldə etmək üçün onu şəkərsiz və süni şirinləşdiricisiz içmək lazımdır. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO