Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU

Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU

Hazırda oxunan: Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU

601023

Ötən gün Cəlilabad rayonunun Sərhədabad kəndində ehtiyatsızlıq nəticəsində öldüyü deyilən yeniyetmənin fotosu yayılıb.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, xəbər verir ki, dünən 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.


DİN-in Mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı əlavə şərh verilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO