İranın başının üstünü almış QARA BULUDLAR – Azərbaycana da keçə BİLƏRMİ?

İranın başının üstünü almış QARA BULUDLAR – Azərbaycana da keçə BİLƏRMİ?

Hazırda oxunan: İranın başının üstünü almış QARA BULUDLAR – Azərbaycana da keçə BİLƏRMİ?

600914

İran ərazisində müşahidə olunan qara və sıx hava kütləsi regionda narahatlıq yaradıb. Hərbi gərginlik davam edən ərazilərdən qalxdığı ehtimal edilən bu buludun tərkibində zərərli maddələrin ola biləcəyi istisna edilmir.

Qızıl Aypara təşkilatı da xəbərdarlıq edib ki, neft anbarlarında baş verən partlayışlar və yanğınlar havaya böyük miqdarda karbohidrogen birləşmələri, həmçinin kükürd və azot oksidləri buraxır. Bu maddələr sonradan turşu yağışlarının yaranmasına səbəb ola bilər. Belə yağışlar dəriyə düşdükdə kimyəvi yanıqlara, onların buxarı isə ağciyərlər üçün təhlükəyə səbəb ola bilər. xüsusilə allergiyası və tənəffüs sistemi xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdırlar.
 

MÖZVU İLƏ BAĞLI:

Azərbaycanda nüvə təhlükəsi ilə bağlı MÜHÜM SƏNƏD təsdiqləndi - FOTO


Hazırda çirklənmiş hava kütlələrinin sərhədləri keçərək qonşu ölkələrə yayılması müzakirə olunur. Bu səbəbdən vəziyyət diqqətlə izlənilir və ehtimal olunan risklər barədə ictimaiyyətin vaxtında məlumatlandırılmasının vacibliyi vurğulanır.

Hələ ki risk ancaq İran ərazisindədir.

Artıq ilk yağışlar yağıb və paytaxt Tehranda ciddi narahatlıq yaradıb. Müşahidələr göstərir ki, yağış şəffaf deyil, qaramtıldır. Əhali arasında artıq “qara yağış” adlı qorxu yaranıb. Toz, his və kimyəvi maddələrin yağışa qarışaraq yağması yerli əhali ilə birlikdə bölgə əhalisini də təşvişə salıb.  Çünki meteoroloji şərait və küləyin istiqaməti dəyişəcəyi təqdirdə onun digər ölkələrə, eləcə də Azərbaycana doğru hərəkət etməsi mümkündür.

Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, ümumiyyətlə müharibə zonasında olan, xüsusilə neftlə zəngin olan ərazilərdə gedən müharibələrdə belə buludların yaranması təəccüblü deyil, gözləniləndir:

“O boyda neft çənləri vurulur, mərmilər, bombalar partlayır, ətrafa yayılır. Müharibələrin çoxu da təbii ki neft ehtiyatları olan ərazilərdə aparılır. Çünki niyyət bu ehtiyatların ələ keçirilməsidir. Burada həm iqtisadi, həm də ekoloji zərər böyükdür: iri şəhərlərin bombalanması, qatı toz-duman, yanğın... hamısı bölgənin ekoloji tarazlığının pozulmasına gətirib çıxarır”.

Azərbaycana keçmə ehtimalına gəlincə ekoloq vurğuladı ki, ölkəyə gələn hava axınlarının bir hissəsi cənubdan və cənub-şərqdən gəlir, yəni elə həmin o zonadan:

“İndi hələ ki Körfəz ölkələrində güclü yağışlar yağmır, həm də bütün regionu əhatə edəcək dərəcədə deyil, keçsəydi indiyə kimi külək vasitəsilə keçərdi. Ona görə də hələ ki bu, təxminlərdən ibarət vəziyyətdir. Amma hadisələr davamlı olarsa yəqin ki, təhlükəli ola bilər. Hələlik narahatlığa, panikaya səbəb yoxdur”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO