Qusarın 2 kəndinin problemləri dinlənildi - FOTO

Qusarın 2 kəndinin problemləri dinlənildi - FOTO

Hazırda oxunan: Qusarın 2 kəndinin problemləri dinlənildi - FOTO

600805

Bu gün Qusar Rayon İcra Hakimiyyəti başçısının rayonun Gədəzeyxur və Bədişqala kəndlərində səyyar qəbulları keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbullardan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 

Səyyar qəbullarda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.


Gədəzeyxur kənd sakinləri səyyar qəbul zamanı torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi, elektrik enerjisinin zəif olması, yeni salınmış məhəlləyə qaz xəttinin çəkilməsi, eləcə də işlə təminatla bağlı müraciətlərini səsləndiriblər.

Bədişqala kənd sakinlərinin müraciətləri sırasında suvarma suyunun azlığı, qəbiristanlıq ərazisinin kol-kosdan təmizlənməsi, kəndin bir məhəlləsinin yolunun təmiri, istismara yararsız elektrik xətləri və dirəklərinin dəyişdirilməsi, kənd stadionunun təmirinə köməklik göstərilməsi, eləcə də torpaq sahəsi ilə təminat məsələləri yer alıb.

Vətəndaşların qaldırdıqları bütün müraciətlər dinlənilib, onların həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO