Lerikdə əməliyyat - Saxlanılan var - FOTO/VİDEO

Lerikdə əməliyyat - Saxlanılan var - FOTO/VİDEO

Hazırda oxunan: Lerikdə əməliyyat - Saxlanılan var - FOTO/VİDEO

600733

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsdən 20 kiloqram marixuana aşkarlanaraq götürülüb.
 

Araşdırma zamanı məlum olub ki, Q.Qədimov kimliyi istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşaraq, Lerik rayonu ərazisində əldə etdiyi həmin narkotik vasitəni deyilən ünvanlara çatdırmağı planlaşdırırmış.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO