AFFA nümayəndələri UEFA-nın BAŞ QƏRARGAHINDA

AFFA nümayəndələri UEFA-nın BAŞ QƏRARGAHINDA

Hazırda oxunan: AFFA nümayəndələri UEFA-nın BAŞ QƏRARGAHINDA

600225

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə şöbəsinin əməkdaşları Şəbnəm Eyyubova və Zəhra Vəlizadə UEFA tərəfindən təşkil olunan “SES Managers Annual Meeting” tədbirində iştirak edirlər.

Bizim.Media xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki baş qərargahında keçirilir.

Görüş sosial və ətraf mühit dayanıqlığı, təhlükəsizlik və müvafiq təşəbbüslər sahəsində fəaliyyət göstərən menecerlər üçün illik müzakirə platforması rolunu oynayır. Görüş çərçivəsində iştirakın və təsirin artırılması, kommunikasiya və davamlılıq istiqamətində əməkdaşlıq, milli səviyyədə təşəbbüslərin formalaşdırılması və praktiki təcrübə mübadiləsi kimi mövzular müzakirə edilir.

Tədbir çərçivəsində AFFA əməkdaşları UEFA nümayəndələri ilə bir sıra görüşlər keçirərək müxtəlif aktual məsələlər ətrafında müzakirələr aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO