Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd edilib.
BDYPİ bu səbəbdən yollarda yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
"Sürücülərdən xahiş olunur ki:
-Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
-Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.
-Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.
-Yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər.
Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərləri zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:49 / 07.03.2026
Yol polisindən qeyri-iş günləri ilə bağlı sürücülərə MÜRACİƏT
Hazırda oxunan: Yol polisindən qeyri-iş günləri ilə bağlı sürücülərə MÜRACİƏT
Hazırda oxunan: Yol polisindən qeyri-iş günləri ilə bağlı sürücülərə MÜRACİƏT
600224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































