Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

Hazırda oxunan: Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

600106

Martın 7-də Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin xarici işlər nazirlərinin İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə fövqəladə sammiti keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

İclasda TDT ölkələrinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, həmçinin baş katib Kubanıçbek Ömuraliyev iştirak edəcəklər. Görüş zamanı əsas diqqət cari beynəlxalq və regional proseslərə, Türk dünyası ölkələri arasında siyasi dialoqun gücləndirilməsinə, institusional əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin təşviqinə yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO