Kərim Vəliyev iki ölkədən olan həmkarları ilə hərbi əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Kərim Vəliyev iki ölkədən olan həmkarları ilə hərbi əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Kərim Vəliyev iki ölkədən olan həmkarları ilə hərbi əməkdaşlığı MÜZAKİRƏ ETDİ

600086

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub.

Bizim.Media xəbər verir ki, danışıqlar xarici həmkarların təşəbbüsü ilə baş tutub.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini Pavel Muraveyko və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Daniel Zmeko ilə danışıqlar zamanı regiondakı vəziyyət, təhlükəsizlik məsələləri, habelə ölkələrimiz arasında hərbi
əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura İran silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə etdiyi hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusi qeyd ediblər.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO