Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər: “Mənim səsim olun!” - VİDEO

Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər: “Mənim səsim olun!” - VİDEO

Hazırda oxunan: Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər: “Mənim səsim olun!” - VİDEO

600051

İranın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilmiş Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial media paylaşımı gündəm olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Naxçıvan məktəblisi Quzeyli, Güneyli Azərbaycana, dünyada uşaqların ölümünə qarşı olan bütün insanlara üz tutaraq, İran tərəfindən törədilmiş bu cinayətə susmamağa çağırış edib.
 

“Biz - günahsız insanlar sizə neyləmişik, niyə hərbi hədəfiniz olmuşuq?”, - sualını verən məktəblinin “Mənim səsim olun!” çağırışı geniş rezonans yaradıb.


Azərbaycan QHT-ləri, ictimai fəallar bu videonu paylaşaraq, sosial mediada “Mənim səsim olun!” (#BeMyVoice) adlı kampaniyaya başlayıb və Azərbaycanın haqq səsini ucaldıblar. Azərbaycan QHT-ləri İrandan üzrxahlıq və cinayəti törədənlərin cəzalandırılmasını tələb ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO